Qatarın qadını vurması ilə bağlı RƏSMİ açıqlama

Qatarın qadını vurması ilə bağlı RƏSMİ açıqlama

Kriminal
02 Oktyabr 2019, 11:06 220
Bu gün səhər saatlarında Keşlə stansiyasında bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə saat 08:23-də qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.