
Qardaşı az oynadığı üçün ağlamaq istəyir
İdman
01 İyul 2020, 14:15
712
Antuan Qrizmanın
qardaşı Teo Qrizman qardaşının "Barselona”dakı durumu barədə yazıb.
Kaspi.az xəbər
verir ki, Teo qardaşının meydana az çıxmasından narazı olduğunu bildirib. O,
"Atletiko” ilə oyundan (2:2) sonra "Tvitter”də belə yazıb:
"Cəmisi 2 dəqiqə.
Ciddi deyirəm, ağlamaq istəyirəm”.
Ancaq Teo bir
müddətdən sonra bu tviti silməli olub. Qrizman xcari mövsümdə İspaniya
çempionatında 32 oyunda meydana çıxıb, 8 qol vurub, 5 qol ötürməsi edib.
"Barselona” 32
turdan sonra 70 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Lider "Real” isə 31
oyundan 71 xal toplayıb.
Digər xəbərlər