• şənbə, 20 Aprel, 17:35
  • Baku Bakı 23°C

Qaradağ seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

22.02.20 17:22 969
Qaradağ seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK katibi Arifə Muxtarova deyib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 25 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Həmin məntəqə seçicilərin iradəsinə təsir edə biləcək hallar müəyyən edilib.
O bildirib ki, 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər