• şənbə, 20 Aprel, 09:20
  • Baku Bakı 14°C

Qarabağla bağlı sənədli filmlərin təqdimatı olacaq

20.12.19 17:11 786
Qarabağla bağlı sənədli filmlərin təqdimatı olacaq
"Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi türk və fransız dillərində ictimaiyyətə təqdim olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və "Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə, həmçinin "Zəngilan - virtual səyahət” 3D qrafik təsvirli filmin və "Google Arts & Culture” onlayn platformasında "Virtual Qarabağ” tərəfindən nümayiş olunan Qarabağ mövzusundakı kontentlərin də təqdimatı olacaq.
Təqdimat mərasimi dekabrın 25-i saat 15:00-da "Holiday Inn Baku Hotel”də keçiriləcək.


banner

Oxşar Xəbərlər