• çərşənbə, 24 Aprel, 10:50
  • Baku Bakı 13°C

“Qarabağ“ın rəqibində daha bir itki

15.10.14 21:07 1087
“Qarabağ“ın rəqibində daha bir itki
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i daha bir itki ilə üzləşib.
Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Danilo D`Ambrosio zədələnərək sıradan çıxıb.
Son məşqdə dizindən zədələnən 26 yaşlı futbolçunun durumunun ciddi olduğu bildirilir. D`Ambrosionun ən azı 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı iddia olunur.
Qeyd edək ki, "İnter"in daha iki futbolçusu Pablo Osvaldo və Mateo Kovaçiç də zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
banner

Oxşar Xəbərlər