• cümə axşamı, 18 aprel, 10:02
  • Baku Bakı 12°C

“Qarabağ”ın rəqibi kapitansız qalacaq

28.11.17 20:36 3294
“Qarabağ”ın rəqibi kapitansız qalacaq
UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Roma”nın kapitanı Daniele de Rossi cəzalandırılıb. Apasport.az saytı xəbər verir ki, "canavarlar”ın kapitanı "Cenoa” ilə oyunda aldığı qırmızı vərəqəyə görə bir müddət A seriyasında komandasına kömək edə bilməyəcək.

İtaliya Futbol Federasiyasnın qərarına əsasən, o, iki oyunluq diskvalifikasiya olunub. De Rossi A seriyasının növbəti turlarında keçiriləcək SPAL və "Kyevo” ilə matçları buraxacaq.

Qeyd edək ki, A seriyasının XIV turunda "Cenoa” ilə səfər matçının 69-cu dəqiqəsində rəqib oyunçu Canluka Lapadulanı vurduğu üçün meydandan qovulan və "Cenoa”ya penalti hədiyyə edən De Rossi komandasını qələbədən məhrum etmişdi.
banner

Oxşar Xəbərlər