AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır

Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır

İqtisadiyyat
23 Yanvar 2021, 11:45 177
Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır.

Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit yeni "WhereisKarabakh.com” ("Qarabağ harada yerləşir?”) platformasının istifadəyə verilməsi ilə bağlı danışarkən qeyd edib.

O bildirib ki, bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir.

"WhereisKarabakh.com” veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır.

Qeyd edək ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də "Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə "Azerbaijan.travel” platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.