• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi məlum olub

19.06.17 15:50 1473
“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi məlum olub
Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyonşəhərində baş tutan tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb.
Öncə qitənin 10 ən zəif çempionu 5 cütlük təşkil edib. I təsnifat mərhələsinin bu cütləri iyunun 27-28-də ilk, iyulun 4-5-də cavab oyunlarını keçirəcək.
Ardınca mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 29 klub və öncəki raundun 5 cütünün iştirakı ilə püşkatma baş tutub. Burada 34 iştirakçı 17 cütlük təşkil edib.
Yarışa II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi bəlli olub. Qurban Qurbanovun yetirmələri səpələnməmişlər səbətində yer alan "Samtredia” (Gürcüstan) ilə üz-üzə gələcək. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Çempionlar Liqası
I təsnifat mərhələsi
(27-28 iyun/4-5 iyul)
1. "Vikinqur” (Farer adaları) - "Trepça” (Kosova)
2. "Hibernians” (Malta) - "İnfonet” (Estoniya)
3. "Alaskert” (Ermənistan) - "Santa-Koloma” (Andorra)
4. TNS (Uels) - "Europa” (Cəbəllütariq)
5. "Linfild” (Şimali İrlandiya) - "La Fiorita” (San-Marino)
II təsnifat mərhələsi
(11-12/18-19 iyul)
APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq)
"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan)
"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan)
"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro)
I təsnifat mərhələsinin 2-ci cütünün qalibi - "Zalsburq” (Avstriya)
"Şerif” (Moldova) - "Kukesi” (Albaniya)
"Astana” (Qazaxıstan) - "Spartak” (Latviya)
BATE (Belarus) - I təsnifat mərhələsinin 3-cü cütünün qalibi
"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka)
"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan)
"Riyeka” (Xorvatiya) - I təsnifat mərhələsinin 4-cü cütünün qalibi
"Malmö” (İsveç) - "Vardar” (Makedoniya)
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya)
"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç)
"Hafnarfyordur” (İslandiya) - I təsnifat mərhələsinin 1-ci cütünün qalibi
I təsnifat mərhələsinin 5-ci cütünün qalibi - "Seltik” (Şotlandiya)
"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa)
banner

Oxşar Xəbərlər