• şənbə, 20 Aprel, 05:36
  • Baku Bakı 15°C

“Qarabağ”ın Çempionlar Liqasında 13 mümkün rəqibi müəyyənləşib

06.07.20 11:52 704
“Qarabağ”ın Çempionlar Liqasında 13 mümkün rəqibi müəyyənləşib
Çempionlar Liqasının 2020/21 mövsümünə I təsnifat mərhələsindən başlayacaq 33 komandadan 28-i bəllidir.
Apasport.az saytının məlumatına görə, hələlik yalnız Rumıniya, Polşa, Sloveniya, Ermənistan və Albaniyada çempion müəyyənləşməyib.
Digər 28 komandadan 23-nün püşkatma zamanı hansı səbətdə yer alacağı da dəqiqləşib. Azərbaycan çempionu "Qarabağ” və daha 11 ölkənin ən yaxşısı səpələnmişlər səbətində qərarlaşıb. Bu, həmin klubların UEFA əmsalına görə reallaşıb.
Bu komandalar I təsnifat mərhələsində səpələnməmişlərlə üz-üzə gələcək. Burada isə 11 klub dəqiqləşib. Həmin komandalar "Qarabağ”ın potensial rəqibləridir.
Belarus çempionu olan Brest "Dinamo”sundan başqa, bütün komandaları arzulanan rəqib hesab etmək mümkündür. İlkin mərhələnin qalibi də səpələnməmişlərdən olacaq. Bu raundda qüvvəsini sınayacağı dəqiqləşən "Linfild” (Şimali İrlandiya) və "Tre Fiore” (San-Marino) də "Qarabağ” üçün mümkün rəqib sayılmalıdır.
Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
"Seltik” (Şotlandiya)
"Astana” (Qazaxıstan)
"Lüdoqorets” (Bolqarıstan)
"Srvena Zvezda” (Serbiya)
"Qarabağ” (Azərbaycan)
"Makkabi” (Təl-Əviv, İsrail)
"Molde” (Norveç)
"Şerif” (Moldova)
"Ferensvaroş” (Macarıstan)
"Dandolk” (İrlandiya)
"Slovan” (Slovakiya)
"Suduva” (Litva)
Səpələnməmişlər
"Buduçnost” (Monteneqro)
"Flora” (Estoniya)
"Dinamo” (Brest, Belarus)
"Riqa” (Latviya)
"Konnah” (Uels)
"Europa” (Cəbəllütariq)
"Klaksvik” (Farer adaları)
"Reykyavik” (İslandiya)
"KuPS” (Finlandiya)
"Sileks” (Şimali Makedoniya)
"Floriana” (Malta)
Qeyri-müəyyənlər
"Omoniya” (Kipr)
"Fola” (Lüksemburq)
"Sarayevo” (Bosniya və Herseqovina)
"Dinamo” (Tbilisi, Gürcüstan)
"Yurqorden” (İsveç)
banner

Oxşar Xəbərlər