• şənbə, 20 Aprel, 04:33
  • Baku Bakı 15°C

Qarabağda baş verən qəzada xeyli erməni hərbçi xəsarət alıb

12.07.17 15:50 941
Qarabağda baş verən qəzada xeyli erməni hərbçi xəsarət alıb
Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsindəCəbrayılyaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb. V. Qriqoryan keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən, Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər xəsarət alıblar.

V. Qriqoryanın sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç əsgərin vəziyyəti ağır qiymətləndirilir.

banner

Oxşar Xəbərlər