• cümə axşamı, 28 mart, 23:43
  • Baku Bakı 13°C

Qarabağda acınacaqlı məğlubiyyət 2018-ci il inqilabını simasızlaşdırıb - TƏHLİL

28.01.21 15:30 464
Qarabağda acınacaqlı məğlubiyyət 2018-ci il inqilabını simasızlaşdırıb - TƏHLİL
"Ermənistanda artan siyasi aktivliyin ölkənin ikinci prezidenti Robert Koçaryanın timsalında növbəti gərginlik fazası görünməkdədir. Baş nazir Nikol Paşinyana qarşı çıxan başqa qüvvələrdən fərqli olaraq, Koçaryan daha iddialı görünür. Ümumən ölkə daxilindəki qeyri-müəyyənlik ab-havası onu istər-istəməz bu ampluaya çıxarır. Təbii, Koçaryanın özü də adekvat addımlar atır. Dünən ölkənin üç kütləvi informasiya vasitəsinə müsahibəsinin tonu bu adekvatlılığın təminatına yönəlmişdi.Koçaryan özünü baş nazir Nikol Paşinyan tərəfindən əzilmiş kimi qələmə verir. Bu an onun iki il həbsdə hansı səbəbdən, hansı ittihamlarla yatması o qədər də əhəmiyyət daşımır. Elə Koçaryanın özü də səsləndirdiyi fikirlərlə diqqəti bundan yayındırır. Bir növ, 2018-ci il inqilabının üzərində qələbə çaldığı rejimin bir hissəsi olduğunu unutdurmaq istəyir, özünü dövlət idarəçiliyində bişmiş, təcrübəli şəxs qiyafəsində göstərir. Sanki cəmiyyətə dövləti idarə edənin necə olması barədə siqnallar ötürür".
Kaspi.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O qeyd edib ki,Koçaryanın siqnallarının cəmiyyət tərəfindən həzm edilməsi və onun yenidən lider kimi ictimai rəydə, eləcə də kütlə içərisində önə çıxması üçün münbit zəmin var: "Qarabağda acınacaqlı məğlubiyyət 2018-ci il inqilabını simasızlaşdırıb. Daha doğrusu, erməni cəmiyyətinin sifətindən demokratikləşmə maskasını yırtıb bir kənara atıb. Belə bir reallıq formalaşıb ki, xalq demokratikləşmə ilə erməni xəstəliyi arasında seçim etməlidir.Zaman-zaman Koraryan-Sarkisyan ikilisi həmin xəstəliyin ilhamvericiləri olublar. 2018-ci il inqilabı nəticəsində bu klan hakimiyyətdən devrildi. Lakin ötən müddət göstərdi ki, xalq illərlə canına yeridilmiş xəstəlikdən xilas olma potensialını yetişdirməyib, yəni demokartiyaya Ermənistana qapıdan deyil, pəncərədən, hətta bacadan daxil olub.Bəli, Ermənistanda inqilabın gətirdiyi demokratiya aciz durumdadır. Paşinyanın Şuşada rəqsi də həmin acizliyin nişanəsi idi. Baş nazir xəstəliyi görmüş, ondan xilasın mümkünsüzlüyünü duymuş, nəticədə özünü də xəstə kimi aparmaq istəmişdi. "Qarabağ Ermənistandır” deyərək hamıdan daha xəstə olduğunu sübuta yetirməyə çalışmışdı. İndi Koçaryan erməni xəstəliyinin daha layiqli və tədbirli daşıyıcısı olduğunu söyləyir".
Şura sədri deyib ki,Qarabağdakı rüsvayçı məğlubiyyətin qıcıqlandırdığı erməni xəstəliyinin simptomları artır: "Paşinyana qarşı layiqli alternativin mövcudsuzluğu şəraitində Koçaryan meydana çıxır. Bu yerdə xəstəliyin başqa tərəfinə də diqqət yetirmək lazımdır. Məğrur, qorxmaz, igid, düşmənə qarşı amansız erməni xalqı mifinin Rusiya kimi gücə daldalanma, sığınma, yarınma göstəricisi aktualdır. Erməni cəmiyyətində belə fikir yaranıb ki, ölkənin dadına məhz Rusiya çata bilər.Moskva 2018-ci il inqilabı ilə Ermənistanda mövqelərini itirdi. Mövqelərini geri qaytarmaq yolunda çox çalışdı. İndi görünən budur ki, istəyinə qismən də olsa nail olub. Rusiya ermənilərin hamisi rolunu Qarabağda oynayır. Amma o da görünür ki, Moskva Xankəndi məktəblilərinə çanta, qələm-karandaş paylamaqla, erməniləri müalicə və müayinədən keçirməklə kifayətlənmək niyyətindən uzaqdır. Axı sadalananlar onun üçün ənənəvi "hamilik yolu” deyil. Belə hamilik Rusiya idarəçilik təfəkkürünə yaddır. Putin əbəs yerə avropalıları Qarabağa humanitar yardım göstərməyə çağırmır, "cəfasını çəkin, onsuz da səfası mənlikdir” deyir".
Ə.Amaşovun fikrincə,Qarabağdakı erməni hamiliyi Ermənistan hamiliyi ilə genişlik tapmadığı üçün Rusiyanın üzərinə götürdüyü missiya yarımçıqdır: "Paşinyan dirəniş göstərir, getmək istəmir. Koçaryanın meydanda olmasının ən böyük səbəbi də məhz budur.Koçaryan 10 noyabr kapitulyasiyasına etiraz edərək Yerevan küçələrində yatanlardan, hay-küy salanlardan fərqlidir. Hər halda Moskvanın gözündə fərqlidir. Görünür, elə buna görədir ki, hərəkətə keçməsinə şərait yaradılır.Təsadüfi deyil ki, Kremlə yaxınlığı ilə seçilən erməni əsilli tanınmış rusiyalı media maqnat Aram Qabrelyanov da Koçaryanın dünənki məlum müsahibəsindən əvvəl Ermənistanda hakimiyyətə iddialı şəxs kimi məhz ikinci prezidentin adını çəkmişdi. Bu, təsadüf kimi qarşılana bilməz. Heç şübhəsiz, qarşıdakı müddətdə biz Rusiya ermənilərindən Koçaryana daha geniş miqyaslı dəstək mesajlarının şahidi olacağıq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər