• cümə, 29 Mart, 14:40
  • Baku Bakı 14°C

“Qarabağ”da açılış və ziyarət

24.07.17 10:35 900
“Qarabağ”da açılış və ziyarət
Dünən Azərbaycan çempionu "Qarabağ” klubunun fan-şopunun rəsmi açılışı olub.
Kaspi.az-ın açılışda iştirak edən əməkdaşının verdiyi məlumata görə, mərasimə "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və icraçı direktor Əmrah Çəlikəl də qatılıb. Onlardan başqa, komandanın kapitanı Rəşad Sadıqov və ispan futbolçusu Dani Kintana da fan-şopun açılışında iştirak edib.
Tahir Gözəl və Əmrah Çəlikəl fan-şopdan alış-veriş ediblər.
Dünən Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasından 24 il ötürdü. Bu münasibətlə klub rəsmiləri və futbolçular Şəhidlər xiyabanını da ziyarət ediblər.
Ağdam klubunun fan-şopu "Park Bulvar”da yerləşir.
banner

Oxşar Xəbərlər