• cümə axşamı, 25 aprel, 16:57
  • Baku Bakı 23°C

“Qarabağ” ya Moldovaya gedəcək, ya da Albaniyaya

14.07.17 15:20 1474
“Qarabağ”  ya Moldovaya gedəcək, ya da Albaniyaya
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Kaspi.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib. 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan "Samtredia”sını 5:0 hesabı ilə məğlub edən "köhlən atlar" növbəti mərhələnin bir addımlığındadır.
Təmsilçimiz reytinqinə görə səpələnmişlər səbətində yer alıb. Püşkatmanın nəticəsinə əsasən, Ağdam klubu "Samtredia"nı keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, bu komandalar arasında Moldovada baş tutmuş ilk oyun meydan sahiblərinin qələbəsilə nəticələnib.
3-cü təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Slaviya (Çexiya) - BATE (Belarus)/Alaşkert (Ermənistan) cütünün qalibi
Spartak (Latviya)/Astana (Qazaxıstan) cütünün qalibi - Mariehamn (Finlandiya)/Legiya (Polşa) cütünün qalibi
Zrinski (Bosniya və Herseqovina)/Maribor (Sloveniya) cütünün qalibi - Hafnarfyordur (İslandiya)/Vikinqur (Farer adaları) cütünün qalibi
Jilina (Slovakiya)/Kopenhagen (Danimarka) cütünün qalibi - Malmö (İsveç)/Vardar (Makedoniya) cütünün qalibi
Hapoel (Beyer Şeva, İsrail)/Honved (Macarıstan) cütünün qalibi - Jalgiris (Litva)/Ludoqorets (Bolqarıstan) cütünün qalibi
Vitorul (Rumıniya) - APOEL (Kipr)/Düdelanj (Lüksemburq)
Hibernians (Malta)/Zalsburq (Avstriya) cütünün qalibi - Riyeka (Xorvatiya)/TNS (Uels) cütünün qalibi
Qarabağ (Azərbaycan)/Samtredia (Gürcüstan) cütünün qalibi - Şerif (Moldova)/Kukesi (Albaniya) cütünün qalibi
Linfild (Şimali İrlandiya)/Seltik (Şotlandiya) cütünün qalibi - Dandalk (İrlandiya)/Rusenborq (Norveç) cütünün qalibi
Partizan (Serbiya)/Buduçnost (Monteneqro) cütünün qalibi - Olimpiakos (Yunanıstan)
Qeyri-çempionlar yolu
Dinamo (Kiyev, Ukrayna) - Yanq Boyz (İsveçrə)
AEK (Yunanıstan) - ÇSKA (Rusiya)
Brügge (Belçika) - Başakşəhər (Türkiyə)
Styaua (Rumıniya) - Viktoriya (Çexiya)
Nitsa (Fransa) - Ayaks (Hollandiya)
banner

Oxşar Xəbərlər