AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qarabağ xalçalarının salnaməsi

Qarabağ xalçalarının salnaməsi

Mədəniyyət
29 Noyabr 2020, 12:45 388
Azərbaycan Milli Xalça Muzeyi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda yaradılan sənət əsərlərini rəsmi "Facebook" səhifəsində nümayiş etdirməyə davam edir.
Trend-in məlumatına görə, muzeyin sosial şəbəkədəki səhifəsində "Qarabağ xalçalarının salnaməsi" rubrikasında "Açma-Yumma" xalçasından bəhs olunur. Qədim zamanlardan bəri bu cür xalçalar Ağdam rayonunun Xıdırlı kəndində, Cəbrayıl rayonunun Papa və Sofulu kəndlərində, 18-ci əsrdən isə Şuşa şəhərində və yaxınlıqda yerləşən Xəlfəli, Şirlan kəndlərində, eləcə də Xocavənd rayonunun xalça toxuma mərkəzlərində toxunurdu.
Xovsuz xalçalar Qarabağ xalçaçılığının ən gözəl nümunələri arasında xüsusi yer tutur. Ənənəvi Kəlbəcər zili Qarabağ xalçaçılığının şah əsəri hesab olunur.











"Şabalıd-buta" xalçaları Qarabağ xalça qrupuna aiddir. Bu xalçaların istehsalının əsas mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Mərkəzi sahənin "qotazlı buta" və ya "əyri buta" ilə bəzədildiyi "Şabalid-buta" xalçalara da rast gəlmək olur.