• cümə axşamı, 25 aprel, 23:25
  • Baku Bakı 21°C

“Qarabağ“ və “Bakı“ ölkə kubokundan kənarda qaldı

19.03.14 19:25 1242
“Qarabağ“ və “Bakı“ ölkə kubokundan kənarda qaldı
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, oyunların 1-i bölgədə, 3-ü isə paytaxtda baş tutub.
Günün ilk qarşılaşmasında "Rəvan" "Bakı" ilə üz-üzə gəlib. "Aslanlar" ən böyük sensasiyaya imza ataraq, "Bakı"nı kubokdan kənarlaşdırıb. Növbəti qarşılaşma Lənkəranda keçirilib. "Araz Naxçıvan" səfərdə "Xəzər Lənkəran"la üz-üzə gəlib. Cənub klubu minimal hesablı qələbə sayəsində mərhələ adlayıb. Premyer Liqanın lideri "Qarabağ" 3-cü yerdə gedən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Bölgə təmsilçisi səfərdə qələbə qazanaraq, növbəti yarımfinalçı olub. Mərhələnin son oyununda isə iki paytaxt təmsilçisi - "Neftçi" və "İnter" üz-üzə gəlib. Qolsuz heç-heçə "ağ-qaralar"ı yarımfinala çıxarıb.
Azərbaycan Kuboku
1/4 final (cavab oyunları)
19 mart
BAKI - RƏVAN - 0:1 (penaltilərlə 8:9)
Qol: E.Həsənəliyev, 85 (0:1).
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. İlk oyun: 1:0
XƏZƏR LƏNKƏRAN - ARAZ NAXÇIVAN - 1:0 (1:0)
Qol: E.Mbilla, 25 (1:0).
Lənkəran. “Xəzər Lənkəran”mərkəzi şəhər stadionu. İlk oyun: 1:1
QARABAĞ - QƏBƏLƏ - 1:2 (0:1)
Qollar: D.Subotiç, 45+1 (0:1), Reynaldo, 61 (1:1), V.Mendi, 82 (1:2).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun: 0:0
NEFTÇİ - İNTER - 0:0 (0:0)
Bakı. "Bakcell Arena". İlk oyun: 1:1
banner

Oxşar Xəbərlər