AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Qarabağ" məşqləri bərpa etdi

İdman
01 İyun 2020, 20:54 320
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Xatırladaq ki, "Qarabağ"da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.