AZE | RUS | ENG |


"Qarabağ" - "Kopenhagen" oyununa bütün təyinatlar açıqlanıb

"Qarabağ"ın Danimarka "Kopenhagen"i ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008