• cümə axşamı, 25 aprel, 17:14
  • Baku Bakı 23°C

“Qarabağ” klubu Azərbaycan kubokunun final mərhələsinə yüksəlib

05.04.17 21:40 879
“Qarabağ” klubu Azərbaycan kubokunun final mərhələsinə yüksəlib
Aprelin 5-də Tofiq Bəhramov adına stadionda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda Ağdamın "Qarabağ” klubu paytaxt təmsilçisi "Neftçi” ilə qarşılaşıb.
AZƏRTACxəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsədə görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İki oyunun nəticəsinə görə "Qarabağ” final mərhələsinə adlayan komanda olub.
Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də "Qəbələ” və "Qarabağ” klubları arasında oynanılacaq.
banner

Oxşar Xəbərlər