• cümə axşamı, 25 aprel, 21:02
  • Baku Bakı 21°C

«Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək

30.03.17 16:00 1037
«Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək
Sabah - martın 31-i saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində «Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənəcək tədbirdə kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri iştirak edəcəklər.
Qeyd edək ki, təqdimatı keçiriləcək sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur.
Adından göründüyü kimi, ekran işi Ermənistanın işğalı nəticəsində əsir götürülmüş həmvətənlərimizə həsr olunub. Filmdə konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.
banner

Oxşar Xəbərlər