AZE | RUS | ENG |


"Qarabağ" 5 qat Azərbaycan çempionu olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün qalibi XXVI turda müəyyənləşib.

"Report"un məlumatına görə, Ağdamın "Qarabağ" klubu sona 2 tur qalmış qızıl medalları təmin edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda "İnter"lə səfər matçında 3:0 hesabı ilə yenib. Hesabı 4-cü dəqiqədə Mahir Mədətov açıb. Digər qolları isə 54-cü və 79-cu dəqiqələrdə cənubi afrikalı hücumçu Dino Ndlovu vurub. Bununla da lider ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal geridə qoyub. Hazırda 56 xala malik "Qarabağ" üçün bu, ardıcıl 4-cü, tarixi ərzində isə 5-ci çempionluq olub. İlk çempionluq 1994-cü ildə qazanılıb. Beləliklə, Ağdam təmsilçisi yubiley çempionluğunu əldə edib.

Gümüş və bürünc medalların taleyinə isə hələ aydınlıq gəlməyib. Hazırda "Qəbələ" 43 xalı olan "İnter"i 6 xal üstələsə də, iki komanda arasındakı oyunlar hələ yekunlaşmayıb. Əvvəlki 3 dövrədə "Qəbələ" səfərdən 1:1 və 2:0, ev oyunundan isə 0:0 hesablı nəticələrlə ayrılıb. "İnter" XXVII turda səfərdə 3 top fərqi ilə qalib gələ bilməsə, mövsümü bürünc medalla başa vuracaq, "Qəbələ" isə tarixində ilk dəfə gümüş medal qazanacaq.

Qeyd edək ki, 2017-2018 mövsümündə "Qarabağ" Çempionlar Liqasında, "Qəbələ" və "İnter" Avropa Liqasında yarışacaq. Avroliqaya son vəsiqə verən 4-cü yer uğrunda isə 4 komanda - "Zirə" (33 xal), "Sumqayıt" (32 xal), "Kəpəz" (30 xal) və "Neftçi" (29 xal) mübarizə aparır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7027
GBP 1 İngilis funt sterlinqi 2.2128
TRY 1 Türk lirəsi 0.4760
KWD 1 Küveyt dinarı 5.6080
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.9047
CHF 1 İsveçrə frankı 1.7467
USD 1 ABŞ dolları 1.7023