• cümə axşamı, 25 aprel, 06:08
  • Baku Bakı 14°C

Qanlı Yanvar Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir

19.01.20 13:55 697
Qanlı Yanvar Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir
Qanlı Yanvar hadisələri Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu nümayiş etdirir.
AZƏRTACxəbər verir ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş direktorunun ərzaq təhlükəsizliyi üzrə müavini Həmid Opeloyeru Nur-Sultanda 20 Yanvar hadisələrinə həsr olunan anım tədbirində bildirib.
"Şəhidlərin xatirəsinə həsr olunan proqram dərin təsir bağışladı. Biz şəhidlərə görə təəsüflənir və onların ruhuna dua oxuyuruq. O insanlar canlarını hədər yerə qurban vermədilər. Çünki dost Azərbaycan müstəqillik əldə etdi, insanlar azadlığa qovuşdular. Ona görə də bu, böyük gündür, Azərbaycanın müstəqilliyi uğurunda canlarını fəda edənlərin anım günüdür”, - deyə İƏT təmsilçisi vurğulayıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Qazaxıstanın digər şəhərlərində də anım tədbirlər keçirilir.

banner

Oxşar Xəbərlər