“Qalatasary” onun agenti ilə danışdı
"Qalatasaray” "Barselona”nın futbolçusu Xavyer Maskeranonu transfer
etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, "Qalatasaray” rəhbərliyi artıq futbolçunun
agenti ilə əlaqə saxlayıb. "Cim-bom” Maskeranoya görə "Barsa”ya 5 milyon avro
ödəməyə hazırdır.
Futbolçunun özünə isə 2 illik müqavilə təklif olunub. Bir müddət
əvvəl məlumat yayılmışdı ki, "Barselona” növbəti mövsümdə Maskeranoya etimad
göstərməyəcək. Ona görə də futbolçu transferə çıxarılacaq.
Argentinalı futbolçunun "Barsa” ilə qüvvədə olan müqaviləsi 2019-cu
ilin yayına qədər nəzərdə tutulub.