• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

"Qalatasaray" Türkiyə Kuboku ilə vidalaşıb

05.02.17 10:22 1177
"Qalatasaray" Türkiyə Kuboku ilə vidalaşıb
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final görüşlərinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşmanın 3-ü qonaqların qələbəsi ilə yekunlaşıb.
Yalnız "Qalatasaray" komandası "Başakşehir"lə görüşdən məğlub ayrılıb. Meydan sahibləri hələ ilk yarıda Mustafa Pektemekin "dubl"u (15 və 27-ci dəqiqələr) ilə hesabda önə çıxıb. Qonaqlar buna 90-cı dəqiqədə Eren Derdiyokun təsəlli qolu ilə cavab verə biliblər. Bu mərhələ cəmi 1 matçdan ibarət olduğundan, "Qalatasaray" kubokla vidalaşmalı olub. "Başakşehir" isə 1/4 finala yüksəlib.
Digər qarşılaşmalara gəldikdə, "Kayserispor" səfərdə "Gənclərbirliyi"ni 3:2, "Sivasspor" "Tuzlaspor"u 4:1, "Rizespor" isə "Şanlıurfaspor"u əlavə vaxtda 2:1 hesabı ilə yenərək, mərhələ adlayıb.
Qeyd edək ki, 1/8 final mərhələsinə fevralın 5-də "Akhisar"-"Gümüşhanespor", "Konyaspor"-"Umraniyespor", "Kasımpaşa"-"Osmanlıspor" və "Beşiktaş"-"Fənərbağça" matçları ilə yekun vurulacaq. 1/4 və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.
banner

Oxşar Xəbərlər