“Qalatasaray” onu qovdura bilər
Çempionlar
Liqasının 3-cü turunda "Qalatasaray”la keçiriləcək oyun "Real”ın baş məşqçisi
Zinəddin Zidan üçün sonuncu ola bilər.
Kaspi.az xəbər
verir ki, "Real” bu qarşılaşmada məğlub olsa, Zinəddin Zidanın istefaya göndərilmə
ehtimalı artacaq. Məlumata görə, "Real”ın prezidenti Florentino Peres artıq bu
barədə klub rəhbərliyi ilə söhbət edib.
İspaniya mətbuatının
iddiasına görə, Zidanı əvəz edəcək şəxs də bəllidir. Peres Joxe Mourinyonu
"Real”a qaytarmaq niyyətindədir. Hətta onunla danışıqların başladığı da
bildirilir.
"Real” ÇL-də
keçirdiyi ilk 2 oyunda cəmisi 1 xal toplayıb.