• cümə axşamı, 25 aprel, 18:07
  • Baku Bakı 21°C

“Qalatasaray“ 2 oyunçu ilə vidalaşır

20.11.13 12:25 1273
“Qalatasaray“ 2 oyunçu ilə vidalaşır
Qış transfer pəncərəsi yaxınlaşdıqca “Qalatasaray”da transfer ediləcək futbolçulardan əlavə, göndəriləcəklər də müəyyənləşir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubdan göndəriləcəyi dəqiqləşən ilk futbolçular artıq bəlli olub.
Bunlar İstanbul təmsilçisinin qapıçıları Aykut Ərçətin və Ufuk Ceylandır. Forma şansı əldə edə bilməyən hər iki qolkiper məşqlərdə də özlərini baş məşqçi Roberto Mançiniyə yaxşı tərəfdən göstərə bilməyiblər. Bu səbəbdən də italiyalı mütəxəssis gedəcəklər siyahısına ilk olaraq bu iki oyunçunun adını yazıb.
Qeyd edək ki, 2003-cü ildən “Qalatasaray”da çıxış edən Ərçətin ümumilikdə 73 oyunda iştirak edib. 2009-cu ildə “Manisaspor”dan transfer olunan Ceylan isə 98 matçda meydana çıxıb. Cari mövsümdə isə hər iki qapıçıya şans verilməyib.
banner

Oxşar Xəbərlər