• çərşənbə axşamı, 16 aprel, 22:41
  • Baku Bakı 18°C

Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”

16.07.20 17:52 605
Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”
"Pakistan dünyada sülhün bərqərar olmasında mühüm rol oynayıb”.
APA-nın xəbərinə görə, bu barədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili Qaiser Navab "Twitter”də bildirib.
Onun sözlərinə görə, Pakistan hər zaman münaqişələrin danışıqlar və dialoq vasitəsilə həllinin tərəfdarı olub və dəstəkləyib: "Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz regionuna hücumunu qətiyyətlə pisləyir, azərbaycanlı bacı-qardaşlarımıza, eləcə də Azərbaycan hökumətinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.
Q. Navab vurğulayıb ki, Ermənistanın təcavüzkar millətçiliyinin növbəti təzahürü olan bu hücumun Azərbaycan tərəfindən dəf edilməsi faktı təcavüzün cavabsız qalmayacağının bariz göstəricisidir: "Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini özünün uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarını qeyri-qanuni işğalından yayındırmaq və münaqişənin siyasi həllinə mane olması üçün yeni münaqişələr yaratmaq məqsədilə etdiyi bu cəhdlər uğursuzluqla nəticələndi.Ermənistan tərəfi bu təhlükəli taktikadan imtina etməli və məntiqi və qanuni yolu seçməlidir.Öz bacarıqlarından artıq istəklərə can atması Ermənistanın mühakimə qabiliyyətinin zəifliyini göstərir və regionda, eyni zamanda qlobal miqyasda sülh və stabilliyə böyük təhlükə yaradır.
Ümid edirik ki, Ermənistanın öz təcavüzkarlığını ört basır etmək cəhdləri heç bir halda beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək”.
O qeyd edib ki, əgər Dağlıq Qarabağ münaqişəsini həll etməyin başqa bir yolu qalmasa, Pakistan qardaş ölkəni hər zaman dəstəkləməyə hazırdır: "Biz, Pakistan xalqı və gəncləri, heç bir ölkədə hər hansı bir əməliyyata cəlb olunmuruq. Lakin xalqın razılığı ilə hökumət, Pakistan xalqı dostumuz olan qonşu ölkələr, xüsusilə qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz.
Pakistan Azərbaycanın ərazi bütövlüyünü qoruması uğrunda mübarizədə bütün imkanları ilə Azərbaycanın yanında durmağa davam edəcək və Ermənistanla münaqişədə qətiyyətlə Azərbaycanı dəstəkləyir. Heç şübhəsiz Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan!
Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!”
banner

Oxşar Xəbərlər