• cümə, 19 Aprel, 05:42
  • Baku Bakı 18°C

Qafqazı şoka salan həbs

07.06.13 09:21 1766
Qafqazı şoka salan həbs
Mahaçqalada Qafqaz və bütövlükdə Rusiyanı şoka salan həbs həyata keçirilib. Güc strukturlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində şəhər meri Said Amirov və onun yaxınları həbs edilib. Nüfuzuna görə, Qafqazda Ramzan Kadırovdan sonra ikinci şəxs kimi qələmə verilən Amirovun həbsi regionda əsl şok effekti yaradıb. Bu şəxs Dağıstanda o qədər böyük nüfuza malik olduğunu aşağıdakı yarıciddi, yarızarafat olan bir deyim də sübut edir. “Maraqlıdır, görəsən, sabah günəş Mahaçqalada Saidin icazəsi olmadan çıxarmı?”
Bəziləri isə bu həbsdən sevinənlərin bu sevinclərinin uzun sürə bilməyəcəyini bildirirlər. Onlar bildirirlər ki, Dağıstanda bundan sonra sabitliyə əlvida demək olar. Yəni, gənclər arasında qanlı qarşıdurmaların, qan gölünün yaranacağının şahidinə çevriləcəklər. Maraqlıdır ki, merin cinayətkar əməlləri barədə 15 il idi ki, hamı susmağa üstünlük verib. Hətta ona Rusiya Dövlət Dumasının xüsusi yığıncağında mükafat da veriblər. İndi isə bəlli olub ki, mer Dağıstanda reketçiliyin bir növ elan edilməmiş kralı olub. Mer Kaspiysk şəhərindən Xasavyurta kimi qeyri-leqal ailə biznesi də yaradıbmış. Bu biznes güclü təsiredici dərmanların satışından ibarət olub. Və hər ay bu biznes merə 30 mln. rubl gəlir gətirirmiş.
Bu şəxs ona qarşı həyata keçirilən sui-qəsdlərə görə rekordsmen sayıla, hətta Ginnesin rekordlar kitabına düşə bilər. Ona qarşı nə az, nə çox, düz, 15 sui-qəsd həyata keçirilib. Və buna görə ona “Ölməz” ləqəbi də verilib. Mer həbs olunan zaman Rusiya kuboku uğrunda keçirilən “Anji” və Moskvanın “OMİK” futbol komandaları arasında yarışa baxırmış. Deyilənə görə, həbsinə də hazır olub.
1993-cü ildə ona qarşı həyata keçirilən hücumlardan biri onu ömürlük əlil edib. Lakin bu ona 59 yaşında belə fiziki cəhətdən yaxşı formada qalmağa mane olmayıb. Amirovu şəxsi qvardiyası qoruyurmuş. Onun şəxsi qvardiyası ilə yanaşı, qeyri-formal 700 nəfərlik dəstəsi də olub. Amirovlar klanı Dağıstanda ən nüfuzlu klanlardan hesab edilir. Merin qohumları Dağıstanda çoxsaylı vəzifələrə sahibdirlər. Böyük oğlu Maqomed Dağıstanın deputatı olmaqla yanaşı, məhkəmə departamentinin sədr müavini, ikinci oğlu Dalqat isə vilayətin məhkəmə pristavlarının rəhbəridir. Hər ikisi hazırda məzuniyyət götürüblər. Merin qardaşı federal məhkəmənin sədri vəzifəsində çalışır. Sabiq merin iki yaxın qohumu Rusiya Dövlət Dumasının deputatlarıdır. Bu ilin aprel ayında Said Rusiyanın ən yaxşı meri elan edilib. Dağıstan universitetinin professoru olan Amirov Federal Təhqiqat Bürosunun və Dövlət Nəzarət Komitəçinin çoxsaylı orden və medallarını alıb. İtalyan mafiya filmlərində olduğu kimi, bir növ “xaç atası” rolunu oynayan bu şəxs 15 ildir ki, əlil arabasında gəzir. Buna görə də ona “qanlı Ruzvelt” ləqəbini alıb. Yayılan məlumatlara görə, merlə bağlı aparılan işlərdə şahid özünü asmağa cəhd göstərib. Lakin onu son anda xilas etmək mümkün olub. Şahid Maqomed Abdulqalimov Amirovun qisasından ehtiyat edərək bu addımı atıb. Əksəriyyət hesab edir ki, Amirovun həbsi Dağıstanda hakimiyyət strukturlarında nüfuz savaşına gətirib çıxaracaq. Ekspertlər hesab edir ki, regionda növbəti həbslər iqtisadi sahəni əhatə edəcək. Bu sahə üzrə də gurultulu təhqiqatların aparılacağı göstərilir.
Qayıdaq merin həbsinin necə həyana keçirilməsinə. “Ölməz” ləqəbli merin həbsi əməliyyatında zirehli texniki və vertolyotdan istifadə edilib. Qonşu Dağıstan paytaxtına 15 ildən artıq idi ki, rəhbərlik edən bu şəxs birbaşa Moskvaya, Lefortovoya aparılıb. Muxtar Respublikada ən güclü siyasi fiqurlardan hesab edilən mer barəsində məhkəmə Rusiya İstintaq Xidmətinin müstəntiqi Arsen Hacıbəyovu öldürmək ittihamı səsləndirib. Müstəntiqin qətl edilməsinə səbəb onun merin icazəsi olmadan Mahaçkala rayonun Sovestk rayonunun inzibati binasında yoxlama aparması olub. İstintaqın atdığı addımdan hali olan mer qohumu Yusup Cabbarova müstəntiqi qətlə yetirmək sifariş verib. O da öz növbəsində qətli həyata keçirməyi Maqomed Abdulraqimova tapşırıb. Onun öldürülməsinə görə, sifarişçidən 500 min rubl alıblar.Onun həbsinin ardınca Dağıstanda irimiqyaslı təhqiqatın başlanacağı vurğulanır. Həbsdən az sonra Rusiya İstintaq Xidməti belə bir məlumat yayıb ki, Hacıbəyov məhz Amirovun əmri ilə 2011-ci ildə Kaspiysk şəhərində öldürülüb. Komitənin yaydığı məlumatda bildirilib ki, bu istintaq işi ilə bağlı onlarla şəxs həbs edilib. Onların da hamısı merlə birlikdə Moskvaya aparılıblar. Rusiya nəşrləri həbsi Soçidə keçiriləcək Olimpiada oyunları ilə də əlaqələndirirlər. Belə ki, Dağıstanda terror aktları son vaxtlar xeyli artıb. Muxtar qurum ərazisində terrorçu-kamikadzelər də saxlanılır. Amirovun həbsi isə Mahaçkaladakı təxribat qruplarından birinin üzvü Siracuddin Quçuçaliyevin dindirilməsindən sonra mümkün olub. Həmin şəxs ifadəsində Amirovun əleyhinə ifadə səslənib. Bundan əlavə Rusiya güc strukturlarının sorğusu əsasında Bakıda 25 yaşlı Maqomed Axmedov həbs edilib. Ona qarşı qətl ittihamı irəli sürülüb. Onun da ifadəsindən bəlli olur ki, müstəntiqin ölümündə yaraqlılar deyil, hüquq mühafizə orqanlarının əli var. İttiham olunan şəxs qətli həyata keçirdiyi silahın yerini də göstərib. İstintaq hesab edir ki, Əhmədov dayısı, bir vaxtlar Kızlyarın prokuroru olan Maqomed Abdulqalimovun lider olduğu “Kolxozçu” adlanan qruplaşmaya üzv olub. Sonuncu qanunsuz silah saxlama ittihamı üzrə günahkar bilinir və hazırda həbsdədir. Həbs edilənlər arasında Amirovun qohumu, Kaspiysk şəhərinin meri Yusup Cabbarov da var. Bu şəxs həbs edilən zamanı pəncərədən tullanıb qaçmaq istəyib. Lakin ayağını sındırıb və hazırda xəstəxanadadır. Müdafiə tərəfi Amirovun həbsdən buraxılması üçün külli miqdarda vəsait təklif etsə də, bu təklif rədd edilib. “Amirov əlil olmaqla yanaşı, şəkər diabetdən də əziyyət çəkir” - deyə Amirovun vəkili bildirib. Merin səlahiyyətləri isə onun müavini Baqand Maqomedova tapşırılıb. Maraqlıdır ki, bu şəxs bəyan edib ki, Amirovun həbsi qanunvericiliyə zidd həyata keçirilib.
Nyu-Yorkun mafiya bosları kimi o rəqiblərini fiziki cəhətdən aradan götürməkdən belə çəkinməyib. Özü də bu tapşırıqlarını cinayətkar qruplaşmalara verirmiş. Sifarişlər İbrahim Hacıdadadyev adlı cinayətkar qrupun rəhbərinə verilirmiş. Onunla əlaqəni isə merin oğlu Dalqat həyata keçirirmiş. Hacıdadadyev sərbəst şəkildə merin və onun oğlunun maşınında Dağıstanda gəzirmiş. Amirovun sifariş verdiyi qətllər arasında iki nazir də var. Bu sırada maliyyə naziri Həmid Həmidov da var. Onu 1996-cı ildə qətlə yetiriblər. Bu qətldən sonra Said Amirovun kabineti gülləbaran edilmiş, onun özü isə möcüzə nəticəsində sağ qalmışdı. Otağa atılan qumbara keyfiyyətsiz olduğundan partlamamışdı. Bundan sonra Amirovun himayəsi ilə öldürülən nazirin kimik qardaşı bu vəzifəyə təyin edilmişdi. Amirovun qətlinə sifariş verdiyi növbəti nazir daxili işlər naziri Adilqerey Maqomadtaqirov olub. 2009-cu ildə onu toyların birində qətlə yetirmişdilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər