AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qadınlar və güllər” adlı virtual sərgi keçiriləcək

“Qadınlar və güllər” adlı virtual sərgi keçiriləcək

Mədəniyyət
03 May 2020, 10:15 515
Azərbaycan Dövlət Rəsm Qalereyası "Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində mayın 5-də saat 18:00-da "Qadınlar və güllər” adlı virtual sərgi keçirəcək.
Qalereyadan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarlarının müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrına aid əsərlər virtual şəkildə sərgilənəcək.
 
Toğrul Nərimanbəyov, Güllü Mustafayev, Xalidə Səfərova, Tələt Şıxəliyev, Altay Sadıqzadə, Qafar Seyfullayev, Mirnadir Zeynalov, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və s. kimi rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olacaqlar.
 
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
 
"Qadınlar və güllər” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.