• çərşənbə axşamı, 19 mart, 10:33
  • Baku Bakı 8°C

“Qadın və İnkişaf” Mərkəzi maarifləndirmə tədbirlərinə başlayır

16.05.17 13:13 1047
“Qadın və İnkişaf” Mərkəzi maarifləndirmə tədbirlərinə başlayır
Azərbaycan Respublikası "Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda "Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi əhali, xüsusilə hamiləliyəqədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə işlərinin həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, təklif və tövsiyələrin hazırlanaraq aidiyyatı qurumlara təqdim edilməsi və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Kürdəmir, Ucar, Qusar və Xaçmaz rayonlarında keçiriləcək tədbirlərdə iştirakçılara selektiv abortların qarşısının alınması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, doğuş qabağı və doğuşdan sonrakı xidmət, abortların ziyanı, erkən nikahların fəsadları, yoluxucu xəstəliklərin qarşısının alınmasının yolları, hamiləlikdən səmərəli qorunma üsulları barədə məlumatlar veriləcək, onların fikirləri öyrəniləcək, rayonda qadın və uşaq sağlamlığının qorunması ilə bağlı mövcud problemlər müzakirə ediləcəkdir. Eyni zamanda, maarifləndirmə işinin səmərəliliyinin artırılması məqsədilə yerli kütləvi informasiya vasitələrinin diqqətini bu məsələlərə cəlb olunması üçün tədbirlər görüləcəkdir. Seminarlarda rayon icra hakimiyyətinin nümayəndəsi, səhiyyə şöbəsinin əməkdaşı, tibb işçiləri, fertil yaşlı qadınlar, gənclər və müəllimlər iştirak edəcəkdir.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.
banner

Oxşar Xəbərlər