• cümə axşamı, 28 mart, 13:51
  • Baku Bakı 16°C

"Qaçqınkom"da aşkarlanan nöqsanlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib

05.04.21 13:03 523
"Qaçqınkom"da aşkarlanan nöqsanlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib
Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində satınalmalarla bağlı nöqsanlara dair materialları Baş Prokurorluğa göndərib.
APA-nın məlumatına görə, bu barədə "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrə materiallar Baş Prokurorluğa təqdim edilib.

banner

Oxşar Xəbərlər