AZE | RUS | ENG |

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
Fransız aktyoru Pyer Rişar Yessentukidə "Xrustalnıy İstoçnik” populyar kino janrları festivalının açılışı mərasimində fəxri qonaq qismində iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə festivalın mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, Yessentukinin mərkəzində, Ulduzlar xiyabanında aktyorun adlı ulduzunun açılışı olacaq.
Kinofestivala dəvət olunanlar arasında Tamara Qverdtsiteli, İvar Kalnınış, Aleksandr Baluyev, Alla Surikova, Larisa Quzeyeva və başqaları var.
Festivalın əsas müsabiqəsi üçün "Keyptaun limanında”, "Sonuncu sınaq”, "Bu, əbədi deyil”, "Əziz ata” və s. kimi filmlər seçilib. Festivalın prezidenti və təsisçisi aktyor Evklid Kyurdzidisdir. Onun sözlərinə görə, Ulduzlar xiyabanında açılış mərasimində iştirak etməyi planlaşdıran məşhur aktrisaların - 2018-ci ildə festivalın qonağı olmuş Katrin Denyovun, Alisa Freydlixin, Svetlana Nemolyayevanın və İrina Muravyovanın adlı ulduzlarını da yerləşdirmək planlaşdırılır.
Stavropol diyarında "Xrustalnıy İstoçnik” festivalı ikinci dəfədir keçirilir. 2018-ci ildə kinofestivala 100 mindən çox adam qatılıb. Tədbir Stavropol diyarı hökumətinin, RF Mədəniyyət Nazirliyinin, RF Millətlərin İşləri üzrə Federal Agentliyinin dəstəyi ilə keçirilir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964