• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

PwC: Azərbaycandakı şirkət rəhbərlərinin 30%-dən çoxu gəlirlərinin artacağına tam əmindir

29.03.17 11:45 661
PwC: Azərbaycandakı şirkət rəhbərlərinin 30%-dən çoxu gəlirlərinin artacağına tam əmindir
"2016-cı il yalnız Azərbaycan üçün deyil, qlobal iqtisadiyyat üçün çətin olub. Bunun əsas səbəblərindən biri geosiyasi risklərdir. Məsələn, "Brexit” kimi hadisələr bu risklərə daxildir. Biznes bu cür hadisələrin baş verə bilmə ehtimalını öncədən görməyi bacarmalıdır”.
"APA-Economics” xəbər verir ki, bunu PricewaterhouseCoopers Global (PwC) Mərkəzi və Şərqi Avro üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons Azərbaycanlı media nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, PwC bu cür sahədəki təcrübəsi ilə biznes sahələri ilə bölüşməyə tam hazırdır: "Geosiyasi risklər hər zaman var və biz bunları öncədən görməliyik”. O əlavə edib ki, PwC-nin araşdırmalarına əsasən, qlobal şirkət rəhbərlərinin (CEO) 38%-i 2017-ci ildə gəlirlərinin artacağına tam əmindirlər: "2016-cı ildə bu göstərici 35% olub. Azərbaycanda da göstəricilər analojidir. Optimizmin əsas səbəbi odur ki, dollar iqtisadi qeyri-müəyyənliyi görə bilir. Biz bu təcrübənin yayılmasına nail olmaq istəyirik. Bundan öncə şirkət rəhbərliyi əsasən coğrafi inkişafa can atırdı, hazırda isə daxili inkişafı daha üstün tuturlar. Effektiv idarə olunma informasiya texnologiyalarından daha geniş istifadə xərcləri optimallaşdırır və bu olduqca vacibdir. Biznesin inkişafı rəqəmsallaşma və şəffaflıq üzərində qurulmalıdır”.
O əlavə edib ki, PwC Azərbaycana xüsusi önəm verir: "Cəmiyyət etimad yaratmaq və mühüm problemləri həll etmək məqsədi ilə biz Azərbaycan hökuməti, şirkətlər və QHT-lərlə sıx əməkdaşlığı davam etdirəcəyik”.
PwC-nin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev isə bildirib ki, Azərbaycan üçün asan olmayan 2016-cı il sistem əhəmiyyətli problemləri üzə çıxardı. Onun sözlərinə görə, 2017-ci il stabilləşmə ili olacaq: "Bunun hesabına 2018-2019-cu illər ərzində Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək. PwC dövlət qurumları və özəl sektorla sıx təmasdadır. Biz dünya təcrübəsini Azərbaycana gətirməkdən məmnunuq”.
banner

Oxşar Xəbərlər