• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

“Putinin səfəri Azərbaycan-Rusiya əlaqələrini daha da möhkəmləndirdi”

17.09.13 12:55 1603
“Putinin səfəri Azərbaycan-Rusiya əlaqələrini daha da möhkəmləndirdi”
Rusiya İctimai Palatasının üzvü, keçmiş deputat, politoloq Sergey Markov Azərbaycan jurnalistləri üçün mətbuat konfransını keçirib.
APA-nın məlumatına görə, S.Markov əvvəlcə bu yaxınlarda Rusiyanın bir sıra şəhərlərində keçirilən mer seçkiləri barədə məlumat verib, seçkilərdə əldə olunan nəticələr barədə danışıb.
S.Markov daha sonra əlavə edib ki, İctimai Palatanın müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərdə müşahidələr aparacaq. Rusiya və Azərbaycanın seçki proseslərində olan fərqlər barədə danışan politoloq bildirib ki, Azərbaycanda yeni nəsil siyasətçilərin və seçicilərin formalaşması baş tutmayıb: “Azərbaycanda indi mövcud olan müxalifət Xalq Cəbhəsinin bir növ reinkarnasiyasıdır və xalqın onlarla bağlı xoş olmayan xatirələri qalıb. Azərbaycan müxalifəti böhran yaşayır. Yeniliklər yoxdur, köhnə kadrlar qalıb. Milli Şura yaratmaqla onlar buna müxalifətin birləşməsimi deyirlər? Bu yalandır. Onlar öz partiya strukturunu, zəif olan namizədləri seçirlər, çünki güclü lider istəmirlər”.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də toxunan S.Markov bildirib ki, V.Putinin səfəri uğurlu olub: “Bu səfər göstərdi ki, ortada heç bir problem yoxdur. Səfər əlaqələri daha da möhkəmləndirdi”.
Rusiyanın Qəbələ RLS-i tərk etməsi ilə bağlı sualı cavablandıran politoloq deyib ki, Rusiyanın artıq daha güclü Armavir RLS-i var: “Qəbələ RLS ilə bağlı məsələni unutmaq lazımdır. Qəbələ RLS Azərbaycanla Rusiya arasında bir növ dostluq simvolu olub. V.Putinin səfər zamanı “Rosneft” və hərbi-texniki əməkdaşlıqla bağlı sazişlər imzalanıb, bu da iki ölkə arasında əməkdaşlığın yeni və daha vacib simvollarına çevrilib”.
Son vaxtlar miqrantlara qarşı tədbirlərin görülməsi nəticəsində qonşu ölkələrlə viza rejiminin tətbiqinin mümkünlüyünə münasibət bildirən S.Markov deyib ki, o, vizaların tətbiq edilməsinə qarşıdır: “Biz Rusiyaya gəliş-gedişin xarici pasportlar əsasında olan mexanizmini tətbiq etmək istəyirik, bu isə nəzarəti gücləndirəcək. Sərhəddə gömrükçülərin və sərhədçilərin sayı nə qədər az olsa, daha yaxşıdır. Miqrantlara gəlincə, düşünürəm ki, 1000 miqrantı saxlamaq əvəzinə, qanunsuz miqrasiya üçün şərait yaradan 5 biznesmeni saxlamaq daha yaxşı olardı”.
banner

Oxşar Xəbərlər