• cümə, 29 Mart, 19:06
  • Baku Bakı 14°C

Putin və Ərdoğan arasında görüş keçirilib - Yenilənib

13.11.17 21:02 1316
Putin və Ərdoğan arasında görüş keçirilib - Yenilənib
Bu gün Soçi şəhərində Rusiya prezidentiVladimir Putinvə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanarasında görüş keçirilib.
Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dar çərçivəli görüşdən sonra geniş tərkibdə görüş keçirilib, daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış ediblər.

Rusiya prezidentiVladimir Putin görüşdə bildirib ki, Moskva-Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar. Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ildəki tənəzzüldən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədənSuriyamünaqişəsinin nizamlanmasında iş aparır.
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanisə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü-gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu günkü görüş də məhsuldar olacaq".
banner

Oxşar Xəbərlər