• cümə, 29 Mart, 10:06
  • Baku Bakı 5°C

Putin Rusiyada koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib

24.03.20 17:36 1039
Putin Rusiyada koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib
Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılması vəziyyəti ilə bağlı müşavirə keçirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Prezidentin Novo-Oqaryevadakı iqamətgahında keçirilən müşavirədə Moskva meri Sergey Sobyanin, Baş Nazirin müavini Tatyana Qolikova, "Rospotrebnadzor"un başçısı Anna Popova və Səhiyyə naziri Mixail Muraşko iştirak ediblər.
Müşavirədə Rusiya ərazisində koronavirusun yayılması ilə bağlı hazırkı vəziyyət, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər ətraflı müzakirə olunub.
banner

Oxşar Xəbərlər