• cümə, 29 Mart, 19:45
  • Baku Bakı 14°C

Putin: “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”

14.12.17 16:15 2838
Putin: “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”
"Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”.
APA-nın məlumatına görə, bunu Rusiya prezidentiVladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında "Associated Press” müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.
O hesab edir ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: "Liviya vəİraqməsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib”.
Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: "Ümumiyyətlə, siz, normal insanlarsınız?”.
banner

Oxşar Xəbərlər