• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

Putin: "Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb"

21.04.21 15:15 1425
Putin: "Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb"

"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb".
APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
V. Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.
"Biz BMT-nin münaqişələrin həllinin tapılmasında rolunu hər zaman dəstəkləmişik. Suriyada, Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb", - deyə Rusiya dövlət başçısı bildirib.
banner

Oxşar Xəbərlər