• cümə, 19 Aprel, 05:29
  • Baku Bakı 18°C

Putin: “Lavrov - Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"

17.05.17 16:30 1368
Putin: “Lavrov - Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"
”Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentiVladimir Putinİtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini yüksək qiymətləndirib.
Trampın Lavrova gizli kəşfiyyat məlumatları ötürməsi iddialarına gəldikdə isə Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar".
banner

Oxşar Xəbərlər