• cümə, 19 Aprel, 11:32
  • Baku Bakı 13°C

Pulları yastıq altında saxlamaq təhlükəsizdi, yoxsa bankda?

04.05.17 12:50 954
Pulları yastıq altında saxlamaq təhlükəsizdi, yoxsa bankda?
Bankların təklif etdiyi kreditlərdən necə alaq ki, sonda borca düşməyək? Kredit faizlərini real gəlirlərimizə uyğun hesablamaq üçün nə etməli? İndi Azərbaycanda bir çox ailə bu tip suallarla üzləşib.
Bəzi vətəndaşlar yüksək məbləğdə və yuxarı faizlərlə kredit götürərək, pulu lazımi istiqamətdə xərcləməyiblər, hansısa iş təşkil etmək əvəzinə, bu məbləğlə mal-məhsul alıblar. Banka qohum və tanışlarının adına kredit götürən istehlakçılar indi o məbləğləri geri qaytarmaqda çətinlik çəkirlər.
Ekspertlər hesab edirlər ki, əhalinin bu cür problemlərlə üzləşməsinin qarşısının alınması üçün maliyyə savadlılığının yüksəldilməsinə, bu sahədə maarifləndirmənin aparılmasına ehtiyac var.
Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi məhz bu mövzuda QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə "Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsinin icrasına başlayır.
Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Bakıda və regionlarda geniş tərkibli ictimai müzakirələr keçiriləcək.
Debat formasında aparılacaq görüşlərdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, bank nümayəndələri, Maliyyə Bazarlarına Nəzarət Palatasının və müxtəlif dövlət qurumlarının təmsilçiləri, iqtisadiyyat mövzusunda ixtisaslaşan jurnalistlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Görüşlərdə bank mədəniyyəti, müştərilərin maliyyə savadlılığı, kreditlərdən ağıllı istifadə, bu sahədəki qanunvericilik və s. mövzularla bağlı müzakirələr aparılacaq.
Tədbir iştirakçıları bank sektorunun problemləri, bu problemlərdə vətəndaşların məsuliyyətsizliyinin çəkisi, insanların kredit mədəniyyəti haqqında bildikləri, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq.
Regionlarda keçirilən görüşlərdə insanlara mövcud durumda əmanətlərini daha təhlükəsiz qorumağın yolları haqqında məlumatlar da veriləcək.
Layihə çərçivəsində yuxarıda qeyd olunan mövzulara uyğun (bank mədəniyyəti, müştərilərin maliyyə savadlılığı, kreditlərdən ağıllı istifadə, bu sahədəki qanunvericilik, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və s.) mövzusunda silsilə yazı və araşdırmalar hazırlanacaq.
banner

Oxşar Xəbərlər