• şənbə, 20 Aprel, 16:32
  • Baku Bakı 23°C

PSJ Neymara ultimatum verdi

26.07.17 13:40 904
PSJ Neymara ultimatum verdi
PSJ rəhbərliyi "Barselona”nın futbolçusu Neymarın transferinin ən yaxın zamanda həll olunmasına cəhd göstərir.
Kaspi.az xəbər verir ki, rəhbərlik daha gözləmək fikrində deyil. Buna görə də Paris klubunun rəsmiləri braziliyalı futbolçuya ultimatum veriblər.
"L’Equipe” nəşrinin iddiasına görə, PSJ Neymarın qəti qərar qəbul etməsini istəyir. Onlar qəti qərar vermək üçün Neymara gələn həftəyə qədər vaxt veriblər.
Həmin vaxt hər iki komanda Amerika turnesini başa vuracaq. Bir müddət əvvəl məlumat yayılmışdı ki, PSJ Neymarla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Onun transferi PSJ-yə 222 milyon avroya başa gələ bilər.
banner

Oxşar Xəbərlər