• cümə, 29 Mart, 10:00
  • Baku Bakı 5°C

Psaki: “ABŞ rəhbərliyi ölkədə peyvənd pasportları tətbiq etməyəcək”

07.04.21 09:00 649
Psaki: “ABŞ rəhbərliyi ölkədə peyvənd pasportları tətbiq etməyəcək”

"ABŞ rəhbərliyi ölkədə koronavirusla bağlı peyvənd pasportları tətbiq etmək niyyətində deyil”.
APAxəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hökumət nə indi, nə də gələcəkdə vətəndaşlardan peyvənd pasportu gəzdirməyi və ya sahib olmalarını özündə əks etdirən bir sistemi dəstəkləməyəcək: "Heç bir vahid federal peyvənd bazası olmayacaq. Bu cür pasportların hazırlanması təşəbbüsü ABŞ-da özəl şirkət tərəfindən irəli sürülüb. Bu özəl və qeyri-kommersiya sektorları tərəfindən nəzərdən keçirilir”.
Psaki əlavə edib ki, vətəndaşların hüquqlarının qorunması baxımından bu sistemin tətbiq edilməsi yolverilməzdir.
banner

Oxşar Xəbərlər