• cümə axşamı, 18 aprel, 11:12
  • Baku Bakı 12°C

Prosineçki Azərbaycan yığmasından gedir

11.10.17 11:05 1908
Prosineçki Azərbaycan yığmasından gedir
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
Kaspi.az xəbər verir ki, xorvat mütəxəssis "index.hr” saytına açıqlamasında son vaxtlar Sloveniya millisinin "sükanı arxasına” keçəcəyi barədə yayılan xəbərləri təkzib edərək, bu ölkədən təklif almadığını deyib. Prosineçki millimizdəki gələcək taleyinə də aydınlıq gətirib. Bir neçə günə Bakıya gələcəyini bildirən mütəxəssis, Azərbaycan yığmasında qalmayacağını bildirib:
"Əvvəl də yeni təkliflər üzərində düşünəcəyimi demişdim. Vəziyyətimə aydınlıq gətirmək üçün bir neçə günə ora qayıdacağam. Ancaq çox güman ki, Azərbaycan millisində qalmayacağam”.
Xatırladaq ki, Prosineçkinin AFFA ilə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.
banner

Oxşar Xəbərlər