• cümə axşamı, 25 aprel, 11:05
  • Baku Bakı 14°C

Prosesin ikinci dalğası başlaya bilər

30.04.20 12:33 408
Prosesin ikinci dalğası başlaya bilər
Bütün vətəndaşlarımızı Nazirlər Kabineti yaninda Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etməyə çağırıram. Karantin qaydalarının yumşaldılması o demək deyil ki, təhlükə tamamilə aradan qalxıb. Açıqlanan statistika ondan xəbər verir ki, COVID-19-a yoluxanların sayı gündəlik dəyişir. Əvvəlki günlərə nisbətən yoluxanların sayı azalsa da, dinamika hər an əksinə dəyişə bilər. Hər birimiz məsuliyyətli olmalıyıq. Bu xəstəliyə ciddi yanaşmayan ölkələrdə baş verənlərdən hamımızın xəbəri var. Biz İtaliyada, İspaniyada və virusun tüğyan etdiyi başqa ölkələrdəki vəziyyətdən dərs almalıyıq.
BunuAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada nəşr olunan "Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov söyləyib.
Q.Qasımov bildirib ki, dövlətimizin pandemiyaya qarşı atdığı addımlar vətəndaşlarımızın sağlamlığının ən ümdə məsələ olduğunu göstərir.
"Bildiyimiz kimi, pandemiya ölkələrin iqtisadiyyatına ciddi ziyan vurur. Xəstəliyin iqtisadi fəsadlarının qarşısını almaq üçün vətəndaşlarımızın müxtəlif istiqamətlərdə fəaliyyəti bərpa olunmalıdır. Dövlət tərəfindən karantin qaydalarının yumşaldılması da buna hesablanıb. Amma qaydalara riayət olunmayacağı təqdirdə əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. Xəstəliyin dinamikasında artım olarsa, epidemioloji vəziyyətə uyğun karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Bu məqamı diqqətdən qaçırmamalıyıq”,- deyə Q.Qasımov söyləyib.
banner

Oxşar Xəbərlər