• cümə, 26 Aprel, 02:34
  • Baku Bakı 16°C

Proqnozların əskinə olaraq dollar 3% bahalaşıb

11.11.16 11:31 1119
Proqnozların əskinə olaraq dollar 3% bahalaşıb
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra hər kəs təhlükəsiz aktiv sayılan Yaponiya yeninin bahalaşacağını gözlədiyi bir vaxtda, dolların Asiya ölkəsinin valyutasına qarşı məzənnəsi həftəlik 3,3%-lik artım nümayiş etdirməyə hazırlaşır. "APA-Economics" xəbər verir ki, dolları bahalaşdıran əsas amillər ABŞ iqtisadiyyatında artım tempinin sürətlənməsi və D. Trampın prezidentliyi dövründə uçot dərəcəsinin artırılması ehtimallarının yüksək olmasıdır.

Dollar hazırda 106,93 yenə bərabərdir. Halbuki, ticarət sessiyası zamanı 106,95 səviyyəsinədək qalxmağı bacarıb ki, bu da iyul ayının 21-dən etibarən ən yüksək göstərici idi.

Avro 1,0906 dollar səviyyəsində ticarət olunur. Ötən gecə 1% zəifləyən avro həftəlik 2,3%-lik ucuzlaşma nümayiş etdirməyə hazırlaşır.

Meksika pesosunun dollara qarşı məzənnəsi 20,55 ətrafındadır. Bu isə çərşənbə günü qeydə alınan antirekorda yaxındır.

Dolların İsveçrə frankına qarşı məzənnəsi praktiki olaraq dəyişməyib və 0,9860 səviyyəsindədir.

Funt sterlinq dollara qarşı mövqeyini qoruyaraq aylıq maksimum olan 1,2585 dollar səviyyəsindədir.
banner

Oxşar Xəbərlər