• şənbə, 20 Aprel, 17:29
  • Baku Bakı 23°C

Prokurorluğun böyük müstəntiqi həbs edildi

09.08.17 16:14 2603
Prokurorluğun böyük müstəntiqi həbs edildi
Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya faktı təsdiqləyib.
banner

Oxşar Xəbərlər