• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

"PRODEXPO" ərzaq sərgisində Azərbaycanın 50 şirkəti iştirak edə bilər

07.05.17 09:20 987
"PRODEXPO" ərzaq sərgisində Azərbaycanın 50 şirkəti iştirak edə bilər
İqtisadiyyat Nazirliyi gələn il fevralın 5-dən 9-dək Moskva şəhərində keçiriləcək "PRODEXPO" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında oktyabrın 27-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
Vahid ölkə stendində iştirak etmək üçün ərizə; nümayiş olunacaq məhsulların siyahısı; sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 2-dək AZPROMO-ya təqdim edilməlidir.
banner

Oxşar Xəbərlər