• cümə, 19 Aprel, 23:41
  • Baku Bakı 24°C

Prezidentliyə namizəd: “Seçkilərdə Ruhaninin qələbə şansı çoxdur”

18.04.17 12:55 465
Prezidentliyə namizəd: “Seçkilərdə Ruhaninin qələbə şansı çoxdur”
"Həsən Ruhaninin qarşıdakı seçkilərdə qələbə qazanmaq şansı daha çoxdur”.BunuAPA-nın Tehran müxbirinə açıqlamasındaİran Demokrat Partiyasının baş katibi, prezidentliyə namizəd, parlament üzvü Mustafa Kavakibian deyib.
İslahatçılar düşərgəsini təmsil edən M. Kavakibian bildirib ki, hazırda H. Ruhani hakimiyyətdədir və adətən 4 il hakimiyyətdə olan şəxs ikinci dövr üçün də səs toplayır. O, sabiq prezident Mahmud Əhmədinejadın namizəd kimi təsdiqlənəcəyinə inanmadığını söyləyib: "Ona görə ki, o, ali liderin istəyinə zidd olaraq namizədliyini irəli sürüb. Əlbəttə, ehtimal olunur ki, onun özü də namizədliyini geri götürsün və seçkilərə qatılmasın”.
M. Kavakibian özünün seçki proqramı vəprezident Ruhaninin xeyrinə namizədliyini geri götürə biləcəyi haqda suala cavabında qeyd edib ki, seçki yarışında sonadək qalacaq: "Prezidentlik üçün çoxlu proqramlar hazırlamışam. Tezliklə xüsusi mərasimlə öz proqramlarımı açıqlayacağam”.
banner

Oxşar Xəbərlər