Prezidentlə razılaşıb, amma direktor əngəlləyib
Dortmund "Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq yayda
PSJ-yə keçməyə çox yaxın olub.
Kaspi.az xəbər verir ki, PSJ-in prezidenti Nasser əl-Xələfi
Obameyanqı komandasında görmək istəyirmiş. Ancaq bu keçidin qarşısını Paris
klubunun yeni direktoru Anter Enrike alıb. Bu barədə futbolçunun özü məlumat
verib:
"PSJ-in prezidenti məni almaq istəyirdi? Bəli, bu, həqiqətdi. İyunun
əvvəlində Nasser əl-Xələfi ilə görüşdüm və keçidin detallarını müzakirə etdik.
Ancaq bunun qarşısını Anter Enrike aldı. O, klubda peyda olan kimi
mənim keçidimi əngəllədi”.
Enrike PSJ-in idman direktoru postunda Patrik Klyuverti əvəz edib. O,
Obameyanqın yerinə Kilian Mbappenin alınmasını məsləhət görüb.