• cümə, 29 Mart, 19:08
  • Baku Bakı 14°C

“Prezidentin söylədikləri geniş ictimai rezonans yaradıb”

08.08.20 14:00 572
“Prezidentin söylədikləri geniş ictimai rezonans yaradıb”
Avqustun 6-da Cənab Prezident Ilham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir çox məsələlərlə yanaşı, mühüm problem olan dövlət şirkətlərinin fəaliyyətinə də xüsusi diqqət yetirdi.
Bu sözləriSİA-ya verdiyi açıqlamasında Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədri qeyd edib ki, dövlət başçısı onların işinin nəinki qətaətbəxş olmadığını, hətta, iqtisadiyyatımızı, ölkəmizi geri sürüklədiyini vurğuladı.
"Prezidentin söylədikləri cəmiyyətdə geniş ictimai rezonans yaratmışdır. Çünki hər birimiz həmin şirkətlərinin dövlətimizə böyük dividentlər gətirmək əvəzinə, xalqın boğazına şərik olduğunu yaxşı görürük. Dövlət büdcəsindən nəhəng dotasiyalar, subsidiyalar, maliyyə dəstəyi alan həmin iqtisadi strukturlar illərlədir ki, zərərlə işləyir, ölkənin xəzinəsinə bir qara qəpik xeyir vermirlər. Təhlillər göstərir ki, bunun əsas səbəbi həmin strukturların, Cənab Prezidentin dediyi kimi, sosializmdən qalmış iqtisadi modelə uyğun işləməsi, onların fəaliyyətlərinə vahid nəzarət sisteminin olmaması, ictimai şəffaflığın təmin edilməməsidir.
Budur, problemin həlli ilə əlaqədar artıq konkret addımlar atılır. Dünən ölkə rəhbəri imzaladığı vacib fərmanla İnvestisiya Holdinqi yaradılmasına qərar verdi. Publik hüquqi şəxs qismində fəaliyyət göstərəcək Holdinqin təsis edilməsində məqsəd dövlət şirkətlərinin, müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin, vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətlərinin təkmilləşdirilməsidir.
Şübhəsiz ki, yeni idarəetmə forması dövlət şirkətlərinin indidən belə həyata keçiriləcək investisiya proqramlarının şəffaflığının təmin edilməsində, iqtisadi səmərəsinin yüksəldilməsində, onların rəqabət qabiliyyətinin artırılnasında və bütövlükdə fəaliyyətlərinin yeni çağırışlara cavab verməsində müsbət rol oynayacaqdır.
Zənnimcə, dövlət şirkətlərinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması işində növbəti mərhələ kimi onların tərkibində fəaliyyət göstərən, lakin həmin qurumların istehsalat və təsərrüfat fəaliyyətləri ilə bir başa bağlı olmayan müəssisələrinin, köməkçi strukturların özəlləşdirilməsi işin xeyrinə olardı. Bunu bazar iqtisadiyyatının yeni - liberal iqtisadi münasibətlər mərhələsinə keçid də zəruri edir. Məncə, ölkəmizdə aparılan islahatların məqsədlərindən biri də elə budur. Belə bazar münasibətlərinin bərqərar olduğu yerdə, bir qayda olaraq, zərərlə işləmək anlayışı yoxdur. Ümumiyyətlə, dövlətin iqtisadi fəaliyyətdəki rolu tənzimləyici və nəzarətedici funksiyalarla sərhədlənməlidir. İnkişaf etmiş dövlətlərin təcrübəsi də bu modelin üstünlüyünü real həyatda göstərir. Xarici investorların da azad bazar iqtisadiyyatına marağı daha çoxdur. Heç bir ölkənin iqtisadiyyatı daxili yatırımlar hesabına inkişaf edə bilməz. Deməli, kənardan investisiya axınını təmin etmək üçün mümkün olan hər şeyi etməliyik. Bu məsələlrlə bağlı qanunvericiliyimizin təkmilləşməsi də böyük əhəmiyyət kəsb edir”, deyə Mais Səfərli bildirib.
banner

Oxşar Xəbərlər