• cümə, 26 Aprel, 00:32
  • Baku Bakı 16°C

Prezidentin köməkçisindən vətəndaşlara çağırış

19.03.21 18:15 972
Prezidentin köməkçisindən vətəndaşlara çağırış
Bu gün ölkədə sərt karantin rejiminin tətbiq edilib-edilməyəcəyi barədə çoxsaylı suallar verilir. Buradan diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ bizim hər birimizdən asılıdır.
Trend-in məlumatına görə, bunu Operativ Qərərgahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib ki, sərtləşməyə gedib-getməmək virusun yoluxma sayından asılıdır: "Əgər virus artmaqda davam etməsə, sərt karantin rejimi tətbiq edilməyəcək. Bu isə bizim hər birimizdən asılıdır. Qoyulan qaydalara ciddi riayət etməliyik. Lakin əgər yoluxma artmaqda davam edərsə, karantin rejiminin sərtləşdirilməsi zəruri olacaq”.
banner

Oxşar Xəbərlər